Prezidentin Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na mühüm dəyişikliklər edilib.


“Yeni Sabah” xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, sənədə əsasən, Zəngəzur dəhlizinin istifadəyə verilməsindən sonra Naxçıvanda istehsal olunan məhsulların quru yolu ilə ixracını stimullaşdırmaq məqsədilə yeni güzəşt və dəstək mexanizmləri tətbiq olunacaq:


“Proqram çərçivəsində yerli məhsulların daxili və xarici bazarlara çıxışını sürətləndirmək, rəqabətqabiliyyətliliyini artırmaq və daşıma xərclərini azaltmaq üçün sahibkarlara xüsusi logistik dəstək göstəriləcək. Bu addımların qiymətləndirilməsi dəhliz açıldıqdan dərhal sonra aparılacaq. pizza mizza


Nəzərdə tutulan dəyişikliklər Muxtar Respublikada iqtisadi aktivliyin yüksəldilməsinə, məşğulluğun və ixrac potensialının artırılmasına xidmət edərək regionun inkişafında yeni mərhələnin əsasını qoyacaq”.



Telegram kanalımız