ABŞ Prezidenti Donald Tramp bu dəfə paylaşdığı xəritə ilə gündəmə gəlib. Xəritədə ölkənin bir ştatının adı dəyişdirilərək başqa formada göstərilib.


“Yeni Sabah” xəbər verir ki, Tramp “Truth Social” hesabında Nyu-Meksiko ştatının adını “New America” kimi göstərən xəritə paylaşıb.  Paylaşımda ştatın ərazisində “Mexico” sözü qırmızı xəttlə silinib və onun yerinə “America” yazılıb.


Tramp xəritə ilə bağlı hər hansı açıqlama verməyib. Ağ Ev də Nyu-Meksikonun adının dəyişdirilməsi ilə bağlı rəsmi iş aparıldığını açıqlamayıb. ABŞ prezidentinin ştatların adını dəyişdirmək üçün konstitusion səlahiyyəti yoxdur. Belə bir dəyişiklik üçün proses ştat səviyyəsində həyata keçirilməlidir. Toyuqlu pizza


Tramp daha əvvəl də coğrafi adlarla bağlı qərarları ilə gündəmə gəlib. O, 2025-ci ilin yanvarında imzaladığı sərəncamla Meksika körfəzinin adının “Amerika körfəzi” kimi dəyişdirilməsinə göstəriş verib. Trampın son paylaşımı Nyu-Meksiko qubernatorunun da reaksiyasına səbəb olub.


Ştatın Demokrat qubernatoru Mişel Luhan Qrişam Trampı amerikalıların diqqətini başqa məsələlərdən yayındırmağa çalışmaqda ittiham edib.


Qubernator bildirib ki, “Nyu-Meksikonun adı müzakirə mövzusu deyil”.


Əsmətxanım Rzazadə 



Telegram kanalımız