ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində Kanada, Meksika, habelə Qrenlandiyanın Amerika bayrağının rənglərinə boyandığı xəritə dərc edib.


"Yeni Sabah" xəbər verir ki, Tramp bu təsvirə hər hansı şərh əlavə etməyib.


Xəritədə həmçinin Mərkəzi Amerika, Karib hövzəsi regionunun bəzi ölkələri və İslandiya da ABŞ bayrağının rənglərinə boyanıb. pizza mizza


Amerika lideri keçmişdə dəfələrlə, xüsusən Kanadanın və Danimarkanın muxtar ərazisi olan Qrenlandiyanın ABŞ-nin tərkibinə daxil olması imkanları barədə mülahizələr yürüdüb.


Bununla yanaşı, Tramp sosial şəbəkədə ABŞ-nin Nyu-Meksiko ştatının adının dəyişdirilərək "Nyu-Ametika" kimi göstərildiyi bir neçə xəritə də paylaşıb. ABŞ Prezidenti bundan əvvəl belə bir ad dəyişikliyini dəstəklədiyini bəyan etmişdi./Oxu.az



Telegram kanalımız