Balakən Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.
"Yeni Sabah" xəbər verir ki, əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən 29 yaşlı Elmar Gəncəliyev saxlanılıb.
Onun rayon ərazisində yerləşən qarğıdalı sahəsində əkdiyi 169 ədəd çətənə kolu və 21 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb. Dominos pizza
Faktla bağlı cinayət işi başlanılıb. E.Gəncəliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Aytac Əliyeva
Telegram kanalımız