Aktyor, televiziya aparıcısı, Əməkdar artist Əkbər Əlizadə ibadət üçün məscidə gedən zaman cərimələnib.


“Yeni Sabah” xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.


“Bibiheybət məscidinə gəlib, dua etməklə cərimə olundum. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) maşınlarını çəpəki (diaqonal) saxlayanlara cərimə yazır. Diqqətli olun. AYNA, Camaatın narazılıqlarını nəzərə alın”, - aktyor bildirib. Pepperoni pizza


Məsələ ilə bağlı AYNA-nın mətbuat katibi Tural Orucov isə “Bakupost”a bildirib ki, sözügedən cərimə AYNA tərəfindən tətbiq olunmayıb: “Cərimə bizə aid deyil”.



Telegram kanalımız