Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsi Qaracuq magistral kanalının yenidən qurulması üçün iri həcmli satınalma müqaviləsi bağlayıb.
“Yeni Sabah” xəbər verir ki, Qaracuq magistral kanalında aparılacaq yenidənqurma və bərpa işlərinin icrası “HOVERS GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılıb.
Layihə üzrə bağlanmış müqavilənin ümumi maliyyə dəyəri 12 255 393 AZN təşkil edir. Pepperoni pizza
Telegram kanalımız