Azərbaycan səhiyyəsinin tanınmış simalarından biri, Əməkdar həkim Vaqif Cəfərov vəfat edib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatı məlumat yayıb.
Bildirilib ki, Vaqif Cəfərov uzun illər M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin və Respublika Klinik Xəstəxanasının baş həkimi, Yasamal Səhiyyə şöbəsinin müdiri, həmçinin Xalq Təbabəti Mərkəzinin direktoru vəzifələrində çalışıb. O, həmçinin YAP Yasamal rayon təşkilatı İdarə Heyətinin üzvü olub. Pepperoni pizza
YAP Yasamal rayon təşkilatı Vaqif Cəfərovun vəfatı ilə əlaqədar mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Aytac Əliyeva
Telegram kanalımız