Mənzil İnşaatı Dövlət Agentliyi (“MİDA” MMC) Salyan rayonunda 30,0 hektar torpaq sahəsində inşa ediləcək yaşayış kompleksinin layihələndirilməsi işlərinə başlayır.
“Yeni Sabah” bildirir ki, layihələndirmə işlərinin həyata keçirilməsi “AZİN CONSTRUCTİON” MMC-yə həvalə olunub.
Tərəflər arasında ümumi məbləği 1 489 547 AZN təşkil edən müqavilə imzalanıb. Layihə çərçivəsində sözügedən ərazidə yeni yaşayış kompleksinin layihələndirilməsi işləri həyata keçiriləcək. Dördpendirli pizza
Qeyd edək ki, “AZİN CONSTRUCTİON” MMC 2016-cı ildə təsis edilib və nizamnamə kapitalı 50 manatdır.
Telegram kanalımız