Dövlət İmtahan Mərkəzi (DİM) 9 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi elan edib.
Yeni Sabah xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
Bildirilib ki, ixtisas seçimi sentyabrın 8-dən başlayıb və sentyabrın 10-u saat 23:59-dək davam edəcək. Pepperoni pizza
Orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün qəbul imtahanında ümumi balı ən azı 50, Azərbaycan dili və ya rus dili fənni üzrə balı ən azı 20, riyaziyyat fənni üzrə balı isə ən azı 10 olan abituriyentlər ixtisas seçiminə buraxılırlar.
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqədə isə ümumi balı 50-dən az olmayan və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanından “məqbul” alan abituriyentlər iştirak edə bilərlər. Bu ixtisaslar üzrə fənlərə dair bal məhdudiyyəti tətbiq edilmir.
Boş qalan yerlərin siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub. Jurnalı DİM-in əsas inzibati binasından, “Abituriyent” satış məntəqəsindən və kitab mağazalarından əldə etmək mümkündür.
Bundan başqa, jurnalın sifarişini “Abituriyent”in internet saytı və Wolt tətbiqi vasitəsilə də etmək mümkündür.
Aytac Əliyeva
Telegram kanalımız