Fransanın solçu lideri və prezidentliyə potensial namizəd Jan-Lük Melanşon Almaniyanın hərbi xərclərini artırmaq və Avropanın ən böyük konvensional (nüvəsiz) ordusunu yaratmaq strategiyasını tənqid edib.
“Yeni Sabah” xəbər verir ki, Melanşon Berlinin bu addımının Avropada təhlükəsizlik balansını pozacağını bildirərək Almaniya rəhbərliyindən izahat tələb edib:
“Almaniya Avropanın ən böyük konvensional ordusunu yaratmaq istəyir. Əgər belə bir ordu qururlarsa, bizə kimə qarşı müharibə etməyi planlaşdırdıqlarını izah etməlidirlər. Çünki biz heç kimlə müharibə etmək istəmirik.” Marqarita pizza
Qeyd edək ki, Almaniyanın Rusiya-Ukrayna müharibəsindən sonra müdafiə büdcəsini kəskin artırması və xüsusi hərbi fond yaratması Avropada müxtəlif siyasi reaksiyalara səbəb olub. Fransada NATO-ya və bloklaşmaya qarşı çıxan, neytrallığı müdafiə edən Melanşon isə Avropanın yenidən silahlanmasının gərginliyi artırdığını bildirir və Berlini militarizasiyadan çəkinməyə çağırır.
Nazim Hacıyev
Telegram kanalımız