“Azərbaycan Sənaye Bankı”nın (ASB) balansdankənar öhdəliklərinin ümumi həcmi 116,4 milyon manatı ötüb, risk dərəcəsi üzrə ölçülmüş yekun aktivlərinin məbləği isə 548,9 milyon manat təşkil edib.


“Yeni Sabah” bankın maliyyə göstəricilərinə əsasən xəbər verir ki, ən diqqətçəkən məqam bankın ümumi riskli balansdankənar aktivlərinin böyük hissəsinin qarantiyalarla bağlı olmasıdır - risk dərəcəsi üzrə ölçülmüş 13,8 milyon manatlıq öhdəliyin 12,06 milyon manatı (87%-dən çoxu) məhz verilən zəmanətlərin payına düşür.


Bununla yanaşı, bankın 116,4 milyonluq ümumi öhdəliklərinin 49,16 milyon manatlıq hissəsi (təxminən 42%-i) birbaşa öz hesablarında girov qoyulmuş milli/xarici valyuta və bank metalları ilə təmin edildiyindən riskləri minimuma endirir. Digər tərəfdən, bankın istifadə olunmamış kredit xətləri və oxşar öhdəlikləri 43,8 milyon manat təşkil etsə də, bunun cəmi 872 min manatı riskli hesab olunur. pizza mizza


Qeyd edək ki, bankın uzunmüddətli balansdankənar öhdəlikləri sıfıra bərabərdir və 64,6 milyon manatlıq bütün öhdəliklər portfeli tamamilə 1 ilədək olan qısamüddətli dövrü əhatə edir.


Cəlalə Cəlalqızı 



Telegram kanalımız