Bakıda 15 yaşlı şagirdlərin bilik və bacarıqlarının beynəlxalq səviyyədə qiymətləndirildiyi PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatına həsr olunan tədbir keçirilir.
“Yeni Sabah” xəbər verir ki, ADA Universitetində keçirilən tədbirdə elm və təhsil naziri Emin Əmrullayev çıxış edir.
Nazir bildirib ki, PISA həm dünyada, həm də Azərbaycanda təhsil sahəsində ən vacib göstəricilərdən biridir. Onun sözlərinə görə, müxtəlif beynəlxalq qiymətləndirmə proqramları mövcud olsa da, PISA ölkələrin təhsil sistemlərinin müqayisəsi baxımından xüsusi əhəmiyyət daşıyır. Marqarita pizza
Emin Əmrullayev qeyd edib ki, Azərbaycanın PISA-da iştirakı ölkəyə öz nəticələrini digər ölkələrin göstəriciləri ilə müqayisə etmək imkanı verir. Nazir vurğulayıb ki, bu, subyektiv fikir deyil, tamamilə elmi əsaslara söykənən müqayisədir.
Onun sözlərinə görə, PISA nəticələrindən təhsil siyasətinin düzgün və effektiv şəkildə həyata keçirilməsi istiqamətində istifadə etmək mümkündür. Tədqiqat həmçinin inkişaf dinamikasının izlənilməsi və beynəlxalq əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır.
Nazir qeyd edib ki, son PISA tədqiqatında ümumilikdə 91 ölkədən təxminən 760 min şagird iştirak edib. Azərbaycan da tədqiqatda iştirak edən ölkələr sırasındadır.
Azərbaycanda qiymətləndirməyə 241 məktəbdən 7 432 şagird cəlb olunub.
PISA şagirdlərin yalnız məktəbdə əldə etdikləri bilikləri deyil, həmin bilikləri real həyatda tətbiq etmək, problem həll etmək, məlumatı təhlil etmək və düzgün qərar vermək bacarıqlarını da qiymətləndirir.
Tədqiqat əsasən oxu, riyaziyyat və təbiət elmləri üzrə şagirdlərin bacarıqlarını ölçür.
PISA 2025 üzrə Azərbaycanın nəticələri tədbir çərçivəsində açıqlanacaq.
Əsmətxanım Rzazadə
Telegram kanalımız