Fransada 81 nəfərin salmonella bakteriyasına yoluxması ilə bağlı araşdırma aparılıb.
Yeni Sabah xəbər verir ki, Fransa Xalq Sağlamlığı Qurumu və Paster İnstitutunun araşdırması nəticəsində yoluxmaların Lot-et-Garonne bölgəsindəki emal müəssisəsindən yayılan balqabaq tumları ilə əlaqəli olduğu müəyyənləşib.
Bununla əlaqədar Fransa, Belçika, Lüksemburq və İsveçrədə bir sıra məhsullar geri çağırılıb. Yoluxanlardan 6-sı xəstəxanaya yerləşdirilib, 2 nəfər isə təcili yardıma müraciət edib. Bütün xəstələrin sağaldığı bildirilib. Dördpendirli pizza
Telegram kanalımız