Bərdə rayonunda bəzi ərazilərin içməli su təminatında fasilələr yaranıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Regional Su Meliorasiya Xidməti məlumat yayıb.
Bildirilib ki, bu hadisəyə səbəb olan yağan yağış və güclü külək nəticəsində Mərkəzi su anbarını qidalandıran subartezian nasoslarının elektrik enerjisi ilə təminatını həyata keçirən xətlərdə nasazlığın yaranmasıdır. pizza mizza
Nasazlıq səbəbindən Mərkəzi su anbarının su ilə doldurulmasında çətinlik yaranıb və anbardan su götürən bəzi ərazilərin içməli su təminatında fasilələr müşahidə olunur.
Hazırda Füzuli, M. Rəsulzadə, Üzeyir Hacıbəyov küçələrinin 1, 2, 3, 4, 6 və 43-cü məhəllələri, Heydər Əliyev prospekti, Bakı, İsmət Qayıbov, Sabir, Nüşabə, Cəlil Məmmədquluzadə, Həzi Aslanov, M.F. Axundov, Koroğlu, Gəncə, Vaqif, Babək və Bakıxanov küçələrində su təminatında çətinliklər yaşanır.
Hazırda nasazlığın aradan qaldırılması və Mərkəzi su anbarının su ilə doldurulmasının bərpası istiqamətində zəruri tədbirlər görülür.
Aytac Əliyeva
Telegram kanalımız