Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının XII konfransı keçirilib.
"Yeni Sabah" xəbər verir ki, konfransda əvvəlcə Dövlət Himni səsləndirilib, daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev hesabat məruzəsi ilə çıxış edib. O, təşkilatın hesabat dövründə həyata keçirdiyi fəaliyyət barədə məlumat verib. Pepperoni pizza
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatları Ramid Namazov və Nigar Məmmədova, YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Orxan Bayramov, eləcə də digər şəxslər çıxış ediblər.
Çıxışlarda YAP-ın ölkənin ictimai-siyasi həyatındakı rolu, təşkilatın fəaliyyətinin nəticələri, müasir çağırışlar və qarşıda duran vəzifələrdən danışılıb.
Konfransda YAP Abşeron rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib. Daha sonra YAP-ın VIII qurultayına nümayəndələr seçilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Telegram kanalımız