2026-cı ilin yanvar-avqust aylarında istehlakçılara 139,8 milyon manata yaxın ƏDV geri qaytarılıb.
"Yeni Sabah" xəbər verir ki, qeyd olunan dövrdə pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınan mallara, eləcə də bir sıra xidmətlərə görə ödənilmiş ƏDV-nin 139 milyon 829,14 min manatı müvəkkil banklar vasitəsilə istehlakçılara qaytarılıb.
Geri qaytarılan ƏDV neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla, pərakəndə ticarət və ictimai iaşə sahəsində alınmış mallara, həmçinin teatr tamaşaları, film nümayişi, muzey ziyarəti, simfonik orkestr konsertləri, tibb xidmətləri və özəl tibbi praktika üzrə göstərilən xidmətlərə şamil olunub. pizza hut
Bundan əlavə, işğaldan azad edilmiş ərazilərdə yerləşən mehmanxanalarda gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV də geri qaytarılıb.
Hesabat dövründə xarici vətəndaşların Azərbaycanda fərdi istehlak üçün aldıqları mallara görə dövlət büdcəsindən qaytarılan “Tax Free” ƏDV-nin məbləği isə 6 milyon 208,3 min manat təşkil edib.
Aytac Əliyeva
Telegram kanalımız