Artıq təsərrüfatların dayanıqlılığı təkcə istehsal həcmi və gəlirliliklə deyil, həm də ekoloji və sosial amillər nəzərə alınmaqla ölçüləcək.


“Yeni Sabah” xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və proqramlar istiqamətinin rəhbəri Aynur Seyidyusif “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” tədbirində çıxışı zamanı məlumat verib.


FAO rəsmisinin sözlərinə görə, yeni metodologiya Hökumətin müraciəti əsasında Kənd Təsərrüfatı Nazirliyi ilə birgə icra olunan texniki yardım layihəsi çərçivəsində ərsəyə gətirilir. Dördpendirli pizza


A. Seyidyusif vurğulayıb ki, indiyədək istifadə edilən qiymətləndirmə mexanizmləri yalnız iqtisadi nəticələrə - gəlir, məhsuldarlıq və ümumi istehsala söykənirdi. Yeni sistem isə fermerlərin iqlim dəyişikliyinə uyğunlaşma addımlarını, torpağın münbitliyinin saxlanılmasına yatırılan sərmayələri, müasir suvarma texnologiyalarının tətbiqini və digər ekoloji təşəbbüsləri də obyektiv şəkildə dəyərləndirməyə şərait yaradacaq.



Telegram kanalımız