Azərbaycan dövlət büdcəsinin 8 aylıq icrasında nəzərdə tutulandan daha çox vəsait toplanıb.


“Yeni Sabah” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-avqust aylarında dövlət büdcəsinin gəlirləri 26 milyard 486,5 milyon manata çataraq proqnozlaşdırılan həddi 780,2 milyon manat (və ya 3 faiz) üstələyib. Hesabat dövründə xəzinədarlıq orqanları tərəfindən 864 mindən çox ödəniş tapşırığının operativ icrası təmin olunub.


Büdcə daxilolmalarının əsas yükü vergi və dövlət əmlakının idarə olunmasından gələn vəsaitlərin üzərinə düşüb: Dominos pizza


Dövlət Vergi Xidməti: 12 milyard 619,1 milyon manat toplayaraq proqnozu 900,1 milyon manat (7,7%) aşıb.


     Əmlak Məsələləri Dövlət Xidməti: 37,7 milyon manat daxilolma ilə proqnozu 7,3 milyon manat (23,8%) üstələyib.


Sair daxilolmalar: 462,5 milyon manat təşkil edərək proqnozdan 77,1 milyon manat (20%) çox icra olunub.


Dövlət Neft Fondu (ARDNF): Büdcəyə nəzərdə tutulan 8 milyard 559 milyon manatlıq transfert 100 faiz tam icra edilib.


Dövlət Gömrük Komitəsi: Qapıdan daxilolmalar 4 milyard 326,9 milyon manat təşkil edib.


Büdcə təşkilatlarının ödənişli xidmətləri: 481,3 milyon manat vəsait toplanıb.


Yanvar-avqust aylarında dövlət büdcəsinin xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 462,5 milyon manat (2,1%) artaraq 22 milyard 770,6 milyon manat olub.


Ümumilikdə isə 8 ay ərzində ölkənin icmal büdcəsinin gəlirləri 32 milyard 799,6 milyon manat, xərcləri isə 26 milyard 967,5 milyon manat səviyyəsində qeydə alınıb.


 



Telegram kanalımız