Parisin simvolu olan Eyfel qülləsində qeyri-adi hadisə yaşanıb. Dini qrupun ziyarəti zamanı qadın əməkdaşlara verilən xüsusi tapşırıq işçilərin etirazına və qüllənin müvəqqəti bağlanmasına səbəb olub.


“Yeni Sabah” xəbər verir ki, hadisə Hindistanda fəaliyyət göstərən BAPS adlı hindu dini hərəkatının Eyfel qülləsinə səfəri zamanı baş verib. Ziyarətlə bağlı qadın əməkdaşların dini heyətlə təmasını məhdudlaşdırmaq üçün xüsusi tədbirlər görüldüyü məlum olub.


Eyfel qülləsini idarə edən SETE şirkəti qrupun ziyarət zamanı “qadınlarla təması” məhdudlaşdırmağı tələb etdiyini təsdiqləyib. Marqarita pizza


Şirkət sonradan bu tələbin qəbul edilməməli olduğunu bildirib.


Məlumata görə, qadın işçilərdən bəzilərinə iş yerlərini tərk edərək başqa ərazilərə keçmək tapşırılıb. Bəzi mövqelərdə isə qadın əməkdaşların yerinə kişilər təyin edilib. Qadın işçilərə həmçinin dini heyətin olduğu müddətdə müəyyən ərazilərdən keçməmələri bildirilib.


Hadisə Eyfel qülləsinin əməkdaşlarının ciddi narazılığına səbəb olub. İşçilər qadınların yalnız cinslərinə görə vəzifələrindən uzaqlaşdırılmasını qəbuledilməz hesab ediblər. Əməkdaşlar bildiriblər ki, həm qüllənin özündə çalışan qadınlara, həm də podratçı şirkətlərin qadın əməkdaşlarına bu cür göstərişlər verilib.


Etirazların böyüməsindən sonra Eyfel qülləsinin əməkdaşları işdən imtina ediblər. Tətil səbəbindən dünyanın ən məşhur turistik məkanlarından biri müvəqqəti olaraq ziyarətçilər üçün bağlanıb. SETE ilə işçilər arasında aparılan danışıqlardan sonra şirkət baş verənləri səhv addım kimi qiymətləndirib.


Razılaşmanın əldə olunmasından sonra Eyfel qülləsinin yenidən ziyarətçilərin üzünə açılması qərara alınıb.


Əsmətxanım Rzazadə



Telegram kanalımız