Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen NATO-nun Baş katibi Mark Rütte ilə birlikdə Avropa İttifaqına (Aİ) üzv dövlətlərin Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemləri üçün vacib komponentləri almağa imkan verən istisnanın tətbiq edilməsi barədə razılaşmasını alqışlayıb.
“Yeni Sabah” xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"3,2 milyard avro məbləğində növbəti tranş Ukraynaya öz hava məkanını daha effektiv müdafiə etməyə imkan verəcək. Bu, Ukraynaya dəstək üzrə kredit proqramı çərçivəsində, o cümlədən hava hücumundan müdafiə ehtiyacları üçün artıq ayrılmış 8,4 milyard avronu tamamlayır", - o qeyd edib. Pepperoni pizza
Avropa Komissiyasının rəhbəri bildirib ki, Aİ Ukraynaya dəstək vermək və Avropanın müdafiə potensialını gücləndirmək üçün tərəfdaşlarla sıx əməkdaşlığı davam etdirəcək.\"Report"
Telegram kanalımız