Əslən azərbaycanlı olab tanınmış rusiyalı reper Nəvai (Nəvai Bəkirov) Moskvada aşırdığı işıqfora görə şəhərin Yol Hərəkətinin Təşkili Mərkəzinə 91.2 min rubl (1 800 manat) təzminat, həmçinin 4 000 rubl (79 manatı) dövlət rüsumu ödəyib.


"Yeni Sabah" xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb.


Vəsait təşkilatın sənətçiyə qarşı iddia qaldırmasından iki ay sonra köçürülüb. pizza hut


Xatərladaq ki, Nəvai mayın 5-də Zubovski bulvarında dövlət nömrə nişanı olmayan qara "Ferrari" ilə qəzaya düşüb. İdman avtomobili yoldan çıxaraq işıqforu aşırıb.


Reper özü isə avtomobili cəmi 60-65 km/saat sürətlə idarə etdiyini, maşının "pis idman təkərlərinə" görə fırlandığını bildirib./Oxu.az



Telegram kanalımız