Samuxda 39 yaşlı qadın bıçaqlanıb.


“Yeni Sabah” xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.


Belə ki, 1987-ci il təvəllüdlü S. Abbasova bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Sezar pizza


Qadına tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.


İlkin məlumata görə, qadını bıçaqlamaqda qardaşı şübhəli bilinir.


Faktla bağlı Samux rayon Polis İdarəsi tərəfindən araşdırma başlanılıb.\Qafqazinfo



Telegram kanalımız