2026-cı ilin yanvar-avqust aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika qeydə alınıb və bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 864 mindən çox ödəniş tapşırığı vaxtında, tam və xətasız şəkildə həyata keçirilib.
“Yeni Sabah” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 26 milyard 486.5 milyon manat təşkil edərək proqnozu 780.2 milyon manat (3 faiz) üstələyib, büdcə xərcləri isə ötən ilin müvafiq dövrünə nisbətən 2.1 faiz artaraq 22 milyard 770.6 milyon manat səviyyəsində icra olunub.
Eyni zamanda, 8 ay ərzində icmal büdcənin gəlirləri 32 milyard 799.6 milyon manat, xərcləri isə 26 milyard 967.5 milyon manat təşkil etməklə mühüm profisit formalaşıb. Dominos pizza
Telegram kanalımız