Kənd Təsərrüfatı Nazirliyi kadr seçimində tam rəqəmsal modelə keçid edərək Mərkəzləşdirilmiş İşə Qəbul Portalını istifadəyə verib.


“Yeni Sabah” xəbər verir ki,  dövlət qulluğu xaricindəki bütün vakansiyalar üzrə müraciətlərin vahid platformadan qəbulunu nəzərdə tutan layihə prosesin şəffaflığını artırmaq, prosedurları sürətləndirmək və namizədlər üçün imkanları genişləndirmək məqsədi daşıyır. Artıq ilk mərhələdə vətəndaşlar portalda şəxsi kabinet açaraq sənədlərini onlayn idarə etmək hüququ qazanıblar.


Gələcəkdə isə sistemə süni intellekt texnologiyaları, avtomatlaşdırılmış qiymətləndirmə mexanizmləri və mərkəzləşdirilmiş imtahan modulları əlavə olunacaq ki, bu da kadr seçimində bərabərliyi təmin etməklə yanaşı, bürokratik maneələri minimuma endirəcək.  Dominos pizza


Cəlalə



Telegram kanalımız