“AccessBank” QSC manatla müddətli əmanətlər üzrə faiz dərəcələrini azaldıb.
“Yeni Sabah” Plat.az-a istinadla xəbər verir ki, dəyişiklik 12, 18 və 24 aylıq əmanətləri əhatə edib.
Belə ki, 12 aylıq manat əmanəti üzrə aylıq faiz dərəcəsi 9,5%-dən 9%-ə, müddətin sonunda ödənilən faiz isə 10,25%-dən 9,5%-ə endirilib. Bununla da azalma müvafiq olaraq 0,5 və 0,75 faiz bəndi təşkil edib. Dördpendirli pizza
18 aylıq əmanətlər üzrə aylıq faiz 10%-dən 9,5%-ə, müddətin sonunda faiz isə 10,25%-dən 10%-ə düşüb.
24 aylıq manat əmanətlərində də eyni dəyişiklik qeydə alınıb: aylıq faiz 10%-dən 9,5%-ə, müddətin sonunda ödəniş isə 10,25%-dən 10%-ə endirilib.
6 aylıq əmanət üzrə faizlər dəyişməyib. Bu müddət üçün aylıq ödəniş 8%, müddətin sonunda ödəniş isə 8,5% səviyyəsində qalıb.
Beləliklə, “AccessBank”ın manat əmanətləri üzrə ən böyük faiz endirimi 12 aylıq əmanətin müddətin sonunda ödəniş variantında qeydə alınıb və 0,75 faiz bəndi təşkil edib.
Hazırda Bankın manatla müddətli əmanətlər üzrə maksimal faiz dərəcəsi 10%, minimum depozit məbləği isə 50 manatdır.
Telegram kanalımız