İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə yığılan sığorta haqlarının həcmində azalma qeydə alınıb.
“Yeni Sabah” xəbər verir ki, 2026-cı ilin yanvar-iyul aylarında bu sığorta növü üzrə 37 min 867 manat sığorta haqqı toplanıb. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin müvafiq dövründə analoji göstərici 59 min 024 manat təşkil etmişdi.
Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə sığorta haqlarının həcmində 21 min 157 manatlıq geriləmə baş verib. pizza mizza
Cəlalə
Telegram kanalımız