Bosniya və Herseqovinanın Daxili İşlər Naziri Ramo İsak Serbiyanın son dövrdə atdığı təxribatçı addımlara və soyqırımı törətməkdə təqsirləndirilən hərbi cinayətkar Ratko Mladiçin qəhrəmanlaşdırılmasına kəskin reaksiya verib.


“Yeni Sabah” xəbər verir ki, nazir bu addımlara qarşı region ölkələrindən ibarət "anti-Serbiya cəbhəsi"nin yaradılmasını təklif edib.


Ramo İsak bildirib ki, təklif olunan bu birlik Serbiyada baş qaldıran "ağlını itirmiş Çetnik ideologiyası"na qarşı birgə mübarizə aparmalıdır. Dördpendirli pizza


Nazirin sözlərinə görə, sözügedən ideologiya region dövlətlərinin konstitusiya və hüquq qaydalarına, təhlükəsizliyinə, demokratiyasına və ərazi bütövlüyünə birbaşa təhdid təşkil edir. Koalisiya Montoneqro, Kosovo, Xorvatiya və Bosniya və Herseqovinanı əhatə edə bilər.


Nazim Hacıyev



Telegram kanalımız