Bakı şəhərinin Binəqədi rayonunda fəaliyyət göstərən çörək emalı müəssisəsində Qida təhlükəsizliyi və sanitariya tələblərinin pozulduğu müəyyən edilib.


Yeni Sabah xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.


Bildirilib ki, AQTA əməkdaşları Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, ev 9 ünvanında Qaragözov Səxavət Sərdər oğluna məxsus çörək emalı müəssisəsində plandankənar yoxlama keçirib. Sezar pizza


Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi və sanitariya tələblərinin pozulduğu aşkarlanıb.


Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin sahibi barəsində inzibati protokol tərtib olunub.


Eyni zamanda, müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılması məqsədilə müəssisəyə icrası məcburi göstərişlər verilib.


Aytac Əliyeva



Telegram kanalımız