Maliyyə Nazirliyi dövlət satınalmalarında rəqəmsal həllərin tətbiqini genişləndirmək məqsədilə təchizatçı təşkilatların nümayəndələri üçün təlim keçirib.
“Yeni Sabah” xəbər verir ki, sentyabrın 9-da baş tutan təlimdə “Rəqəmsal dövlət maliyyəsi” sisteminin “e-müqavilə” altsistemində yeni istifadəyə verilmiş “Təhvil-təslim aktlarının yaradılması” funksionallığı praktiki olaraq nümayiş etdirilib və iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, 2026-cı il sentyabrın 1-dən etibarən istifadəyə verilən yeni funksiya satınalan və təchizatçı tərəflər arasında təhvil-təslim aktlarının elektron formada tərtibi, imzalanması və izlənilməsini təmin edir. Bu yenilik sənəd dövriyyəsini optimallaşdırmaqla yanaşı, müqavilələrin icra prosesini daha operativ və şəffaf edir. Nazirlik təchizatçı auditoriyası üçün təlimləri mərhələli şəkildə davam etdirəcək. pizza hut
Telegram kanalımız