9 sentyabr tarixində keçirilən hərracların gedişatında Avropa birjalarında qazın dəyəri 2022-ci ilin dekabr ayından bu yana ilk dəfə olaraq min kubmetr üçün 950 dollar həddini aşıb.


"Yeni Sabah" xəbər verir ki, bu məlumatlar Londonun ICE birjasının göstəricilərində öz əksini tapıb.


Niderlandda yerləşən TTF mərkəzindəki ticarət platformasında oktyabr füçerslərinin qiyməti artaraq hər min kubmetr üçün təxminən 950.3 dollar və ya bir MVt·saat üçün 78.925 avro səviyyəsinə qədər yüksəlib. pizza sifarişi


Avropada mavi yanacağın qiymətindəki bu artım qarşıdan gələn qış mövsümü ərəfəsində anbarlarda yanacaq ehtiyatlarının rekord dərəcədə az olması və Yaxın Şərqdə davam edən münaqişə ilə əlaqələndirilir./Oxu.az



Telegram kanalımız