Donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısında dəyişiklik edilib.


"Yeni Sabah" xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.


Baku Medical Plazaya kök hüceyrələrinin transplantasiyasını həyata keçirmək səlahiyyəti verilib. pizza sifarişi


Eyni zamanda “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilib.


Baku Medical Plazaya kök hüceyrələrinin götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirmək səlahiyyəti verilib.


Qeyd edək ki, bundan əvvəl Nazirlər Kabinetinin 20 iyul 2026-cı il tarixli qərarı ilə Respublika Diaqnostika Mərkəzinə transplantasiyası, götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirmək səlahiyyəti verilib.



Telegram kanalımız