"Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edilib.


"Yeni Sabah" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.


Qərara əsasən, bir sıra şərab məhsullarının idxalına 31 dekabr 2030-cu ilədək 15% gömrük rüsumu tətbiq ediləcək. Lakin rüsum hər litr üçün 3 ABŞ dollarından az olmayacaq. Toyuqlu pizza


Spirtin faktiki qatılığı 18% və ya daha az olan bəzi şərablar üçün isə rüsum 15%, lakin 1 litrə 2 ABŞ dollarından az olmamaqla müəyyən ediləcək.


Bundan başqa, hazırda gömrük rüsumu tətbiq edilməyən bəzi şərab məhsullarının idxalına da 31 dekabr 2030-cu ilədək 15%, lakin 1 litrə 3 ABŞ dollarından az olmamaqla rüsum tətbiq olunacaq.


Qərarla qatılaşdırılmış şərablar üzrə də dəyişiklik edilib. Bu məhsullar üçün də həmin tarixədək gömrük rüsumu 15%, lakin 1 litrə 3 ABŞ dollarından az olmamaqla müəyyənləşdirilib.


Qeyd edək ki, qərarda konyak, viski, rom, cin, ardıc tinkturası, vodkanın gömrük rüsumu dəyişib.


Belə ki, idxal gömrük rüsumu 31 dekabr 2030-cu il tarixinədək 15%, lakin 1 litrinə 4 ABŞ dollarından az olmamaqla tətbiq ediləcək.


Qərar 90 gün sonra qüvvəyə minəcək.



Telegram kanalımız