“Problemlərə “svetofor prinsipi” ilə yanaşsaq, əlçatanlıqla bağlı bir çox məsələləri daha sürətli həll etmək mümkündür”.
“Yeni Sabah” xəbər verir ki, bu barədə nəqliyyat və logistika ekspert Rauf Ağamirzəyev öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, şəhəri hamı üçün əlçatan etmək üçün bəzən böyük layihələrdən əvvəl kiçik, konkret və sürətli müdaxilələrə ehtiyac var:
“Qırmızı – problem var: Səki mövcuddur, amma pandus yoxdur. Sarı – təkmilləşdirmə lazımdır: Pandus quraşdırılıb, lakin səkinin hündürlüyü və ya meyilliliyi hərəkəti çətinləşdirir. Bu, yalnız əlil arabası istifadəçisi üçün deyil, yaşlı insan, uşaq arabası ilə hərəkət edən valideyn və hətta sağlam insan üçün də əlavə maneədir. Yaşıl – əlçatan həll: Pandus, uyğun səki hündürlüyü, düzgün meyillilik və maneəsiz hərəkət təmin olunur. Dominos pizza
Eyni prinsip svetoforlara da tətbiq edilə bilər. Səsli siqnallar və piyada keçidlərində taymerlərin quraşdırılması həm görmə məhdudiyyətli şəxslərin təhlükəsizliyini artırar, həm də bütün piyadaların diqqətini və keçid zamanı düzgün qərar verməsini asanlaşdırar.
Əlçatanlıq yalnız “var” və ya “yox” prinsipi ilə qiymətləndirilməməlidir. Əsas məsələ həmin infrastrukturun real istifadəyə nə dərəcədə uyğun olmasıdır. Şəhəri hamı üçün əlçatan etmək üçün bəzən böyük layihələrdən əvvəl kiçik, konkret və sürətli müdaxilələrə ehtiyac var”.
Nazim Hacıyev
Telegram kanalımız