İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Silahlı Qüvvələrinin İordaniyadakı "Əl-Əzrəq" hərbi bazasını ağır ballistik raket zərbələri ilə hədəfə alıb.


“Yeni Sabah” xəbər verir ki, hücum zamanı bazada yerləşən F-35, F-16 və F-15 qırıcılarının təmir-texniki xidmət anqarları, dislokasiya obyektləri, hazırlıq zonaları və qırıcı sığınacaqları vurulub.


SEPAH-ın yaydığı bəyanatda əməliyyatın "təcavüzkarı cəzalandırmaq" məqsədilə keçirildiyi və düşmənə ağır ziyan vurulduğu qeyd olunub. Qurum, aynı zamanda, ABŞ-nin heç bir hücumunun cavabsız qalmayacağını vurğulayıb. pizza hut


Xatırladaq ki, bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana məxsus 5 neft tankerinin məhv edildiyi barədə məlumat açıqlamışdı.


Nazim Hacıyev



Telegram kanalımız