ABŞ-li respublikaçı senator Ted Kruz milyarder İlon Maskla süni intellektin gələcəyi barədə keçirdiyi maraqlı dialoqu paylaşıb.


“Yeni Sabah” xəbər verir ki, senator Maskdan texnologiyanın potensial təhlükələri haqqında soruşduğunu bildirib:


"İlon Maskdan 'Süni intellektin insanlığı yox etmə ihtimalı nə qədərdir?' deyə soruşdum. Üzümə baxdı və 'Yüzdə 10-20' cavabını verdi", — deyə T.Kruz vurğulayıb. pizza mizza


Kruz bu göstəricinin ilk baxışdan çox yüksək görünməyə biləcəyini, lakin bəşəriyyətin taleyi üçün ciddi risk təşkil etdiyini diqqətə çatdırıb.


Nazim Hacıyev



Telegram kanalımız