Yeni tədris ilinin başlaması ilə valideynlərin qarşısında ən böyük məsələlərdən biri məktəb xərcləridir. Məktəbli forması, ayaqqabı, çanta, dəftərxana ləvazimatları və digər zəruri alış-verişlər ailələrin büdcəsinə əlavə yük yaradır. Xüsusilə bir neçə məktəbli uşağı olan ailələr üçün bu xərclər daha ciddi maliyyə yükünə çevrilə bilər. 


Bəs bu il məktəbə hazırlıq ailələrə neçəyə başa gəlir və ötən illə müqayisədə xərclərdə nə qədər artım var? 


Mövzu ilə bağlı iqtisadçı Pərviz Heydərov "Yeni Sabah"a açıqlamasında bildirib ki, istehlak qiymətlərindəki artım məktəbə hazırlıq xərclərinə də təsir göstərir. Sezar pizza



Hər il sentyabrda tələbatın bir az da artıq olduğunu nəzərə aldıqda isə demək, 3,7% bir az daha da şişəcək. Deyim ki, iki dəfədən çox... Çeşid, yəni keyfiyyət məsələlərini də diqqət mərkəzinə gətirdikdə bir uşağın cari ildə məktəbə getməyi keçən ildəki ilə müqayisədə orta hesabla 10%-dən çox baha başa gəlir. Bu da 250-300 manatdan yuxarı deməkdir.


Bütün bu qeyd edilənlərə əsasən də əldə olunan qənaət budur ki, cari ildə yeni tədris ili bir neçə məktəbli uşağı olan ailələr üçün daha ciddi maliyyə yükü yaradacaq. Belə ki, 1 uşağın yeni tədris ilinə başlaması, ölkə üzrə orta aylıq nominal əməkhaqqı səviyyəsi göstəricinin 25%-dən çox hissəsinə bərabər məbləğdə başa gəlirsə demək, 2 və ya daha çox məktəbli yaşında uşağı olanlar üçün bu rəqəm 1000 manat civarında təşkil edir. Ölkə üzrə minimum aylıq əməkhaqqı səviyyəsi isə 400 manatdır".


Aytac Əliyeva



Telegram kanalımız