Bakıda avtomobil piyadanı vurub.


"Yeni Sabah" Lent.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.


Namik Natiq oğlu Şahverənov idarə etdiyi “Mersedes-Benz” markalı avtomobillə Ramıla İldırım qızı Seydicanovanı vurub. Daha sonra “Toyota Prius” markalı avtomobilə çırpılıb. Marqarita pizza


Nəticədə R. Seydicanova aldığı xəsarətlərdən ölüb.


Faktla bağlı cinayət işi başlanıb.



Telegram kanalımız