Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Vladimir Zelenskinin dekabr ayında Mayamidə keçiriləcək G20 sammiti çərçivəsində görüşməsi mümkün deyil.


Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov AFP-nin sualını cavablandırarkən belə deyib.


''`Yeni Sabah'' xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb. Dominos pizza


“Bu, mümkün deyil”, – Peskov bildirib.


O, Moskvanın mövqeyini bir daha təkrarlayıb. Peskovun sözlərinə görə, iki prezidentin görüşü yalnız Rusiyanın paytaxtı Moskvada baş tuta bilər.


Qeyd edək ki, sentyabrın 12-də Zelenski dekabrın 14-15-də Mayamidə keçiriləcək G20 sammitində Putinlə görüşmək imkanını istisna etməyib. Ukrayna liderinin sözlərinə görə, mümkün görüşdə müzakirələrin məzmunundan daha çox nəticəsi əhəmiyyət daşıyır.



Telegram kanalımız