Bakı metrosunda qatarlararası intervallar azaldılır.


Bu barədə "Yeni Sabah"a Bakı Metropolitenindən məlumat verilib.


Bildirilib ki, texniki optimallaşdırma tədbirləri, monitorinqlər və sınaqlar nəticəsində qatarlararası intervallar minimuma endirilir. Dominos pizza


Sentyabrın 15-dən etibarən qırmızı xətt üzrə “İçərişəhər–Əhmədli” mənzilində pik saatlarda qatarlar 2 dəqiqəlik intervalla hərəkət edəcək.


Yaşıl xətt üzrə zərurət yarandıqda qatarlararası interval 3 dəqiqə 30 saniyədən 3 dəqiqəyə qədər azaldılacaq.


Bənövşəyi xətt üzrə isə payız-qış qrafikinə keçidlə “Avtovağzal–8 Noyabr” sahəsində 5 dəqiqə, “Xocəsən–Avtovağzal” sahəsində isə 10 dəqiqəlik interval tətbiq olunur.


Qeyd olunub ki, yeni tədris ilində bütün xətlər üzrə sərnişin axını nəzarətdə saxlanılacaq və ehtiyac yarandıqda əlavə tənzimləmələr aparılacaq.


Aytac Əliyeva



Telegram kanalımız