MİT-in (Milli İstehbarat Təşkilatı) zabiti Kaşif Kozinoğlunun ölümü ilə bağlı istintaq çərçivəsində “Qurdlar Vadisi” teleserialının ssenaristlərinin dindirilməsi Türkiyədə onun fəaliyyətini yenidən gündəmə gətirib.


“Yeni Sabah” Axar.az-a istinadla xəbər verir ki, bu müzakirələr fonunda Kozinoğlunun Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəylə birgə fotosu sosial şəbəkələrin Azərbaycan və Türkiyə seqmentində sürətlə paylaşılmaqdadır.


Fotonun 1992-ci ildə sərhəd məntəqəsində çəkildiyi iddia edilir. Marqarita pizza


Qeyd edək ki, Kozinoğlu 1990-cı illərin əvvəllərində Azərbaycanda hərbi təlimlər keçib və Əbülfəz Elçibəyin Naxçıvana təxliyəsində rol oynayıb.


Xatırladaq ki, Kozinoğlu illər sonra "Ergenekon" işi üzrə həbs edilib və 2011-ci ildə cəzaçəkmə müəssisəsində vəfat edib.



Telegram kanalımız