Lənkəranda "Mercedes Vito" ağır tonnajlı yük avtomobili ilə toqquşub.


"Yeni Sabah" xəbər verir ki, hadisə Ələt-Astara magistralının 155-ci kilometrliyində qeydə alınıb.


Belə ki, Astara istiqamətində hərəkətdə olan "Mercedes Vito" markalı sərnişin avtomobili arxadan İran İslam Respublikasına gedən TIR-a çırpılıb. Qəza nəticəsində ölən və xəsarət alanların olduğu deyilir. Toyuqlu pizza


Hadisə yerinə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub.


Nəqliyyat vasitəsində sıxılıb qalan meyitlər çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Faktla bağlı araşdırma aparılır.\APA



Telegram kanalımız