İsveçdə hərbi poliqonda baş verən partlayış nəticəsində 7 nəfər xəsarət alıb.


"Yeni Sabah" xəbər verir ki, bu barədə “Sveriges Radio” məlumat yayıb.


Məlumata görə, partlayış yerli vaxtla saat 16:00-dan sonra Karlsborq şəhəri yaxınlığındakı hərbi poliqonda baş verib. Dördpendirli pizza


Hadisə nəticəsində 7 nəfər xəsarət alıb. Onlardan 5-i reanimasiya şöbəsinə yerləşdirilib.


İsveç Silahlı Qüvvələrinin nümayəndəsi yaralananlar arasında hərbçilərin də olduğunu bildirib.


Polis partlayışın səbəblərini araşdırır./APA



Telegram kanalımız