2025-ci ildə Azərbaycanda 59 834 nəfər dünyasını dəyişib.


"Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.


Məlumata görə, 2024-cü ildə ölkədə ölüm hallarının sayı 58 909 nəfər olub. Beləliklə, bir il ərzində ölənlərin sayı 925 nəfər artıb. pizza


2025-ci ildə ölüm hallarının əsas səbəbləri arasında:


Qan dövranı sistemi xəstəlikləri – 33 555 nəfər;


Yenitörəmələr (xərçəng xəstəlikləri) – 10 102 nəfər;


Xarici səbəblərin təsiri – 2 594 nəfər;


Tənəffüs orqanlarının xəstəlikləri – 1 519 nəfər;


Həzm orqanlarının xəstəlikləri – 2 036 nəfər;


Sidik-cinsiyyət sistemi xəstəlikləri – 1 137 nəfər təşkil edib.


Ümumilikdə, 2025-ci ildə ölüm hallarının sayı 2010-cu illə müqayisədə də artıb. Belə ki, 2010-cu ildə ölkədə 53 580 nəfərin öldüyü qeydə alınıb.


Aytac Əliyeva



Telegram kanalımız