Azərbaycanda emal müəssisələrinə təhvil verilən bir sıra kənd təsərrüfatı məhsulları üzrə yeni subsidiyalar tətbiq ediləcək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.


"Yeni Sabah" xəbər verir ki, aqrar emal sənayesinin xammal təminatının yaxşılaşdırılması məqsədilə subsidiya əhatəsi genişləndirilir.


Yeni qərara əsasən, emal müəssisəsinə təhvil verilən məhsullar üzrə subsidiyalar aşağıdakı məbləğlərdə müəyyən edilib: pizza


Texniki üzüm – 50 manat/ton


Zeytun – 30 manat/ton


Xurma – 50 manat/ton


Taxta qabıqlı badam – 30 manat/ton


Efir yağı istehsalı üçün qızılgül – 100 manat/ton


Biyan – 10 manat/ton


Pivəlik arpa – 50 manat/ton


Bundan əlavə, ərzaqlıq buğda proqramı davam etdiriləcək. Buğda üzrə ixtisaslaşmış 22 rayonda lazer hamarlama tətbiq edilən sahələrdə istehsal olunaraq dəyirmanlara təhvil verilən buğdaya görə 40 AZN/ton məhsul subsidiyası ödəniləcək.


Naxçıvan Muxtar Respublikası üzrə isə tədarükçülərə təhvil verilən buğdaya görə 50 AZN/ton məhsul subsidiyası veriləcək.


Aytac Əliyeva



Telegram kanalımız