Bakının Nizami rayonunda yerləşən 238 nömrəli məktəbin həyətyanı sahəsində yanğın baş verib.


"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.


Yanğın nəticəsində məktəbin ərazisində yerləşən tikilinin təxminən 20-25 kvadratmetr sahədə dam örtüyü və içərisindəki əşyalar yanıb. pizza sifarişi


Yanğın qısa müddətdə söndürülüb. Alovun ətraf ərazilərə, o cümlədən şam ağaclarının yerləşdiyi sahəyə yayılmasının qarşısı alınıb.



Telegram kanalımız