Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp gələn həftə BMT Baş Assambleyasının payız sessiyasının başlayacağı Nyu-Yorkda görüşəcəklər.


"Yeni Sabah" xəbər verir ki, bu barədə Zelenski öz “Telegram” hesabında məlumat verib.


“Az əvvəl Prezident Trampla danışdım. Vacib söhbət oldu və bir çox məsələləri müzakirə etməyə imkan tapdıq. Nyu-Yorkda görüşmək barədə razılaşdıq və bu görüş çox şeyi dəyişə bilər. Diplomatik dinamika göz qabağındadır”, - deyə Zelenski yazıb. Toyuqlu pizza


Zelenski qeyd edib ki, ABŞ-ın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Kiyevə səfəri zamanı mühüm detalları ətraflı işləyiblər.


“Gərginliyin azaldılması tədbirləri və fundamental təhlükəsizlik məsələləri – enerji, ərzaq təhlükəsizliyi və insanların həyatının qorunması ilə bağlı ideyalar var”, –Ukrayna Prezidenti əlavə edib./APA



Telegram kanalımız