Maliyyə bazarının göstəricilərinə əsasən, ölkədə su nəqliyat vasitələrinin sığortası üzrə yığımlarda kəskin artım qeydə alınıb.


“Yeni Sabah” xəbər verir ki, 2026-cı ilin yanvar-iyul aylarında su nəqliyat vasitələrinin sığortası üzrə 6 min 114 manat sığorta haqqı toplanıb.


Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin müvafiq dövründə bu göstərici cəmi 908 manat təşkil etmişdi. Marqarita pizza


Beləliklə, sözügedən sığorta növü üzrə yığımlar ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 dəfə (və ya 573,3%) artıb.


Cəlalə Cəlalqızı 



Telegram kanalımız