Bakı Dövlət Universitetinin (BDU) əməkdaşı Elnara Əliyeva vəfat edib.


Bu barədə "Yeni Sabah"a BDU-dan məlumat verilib.


Bildirilib ki, Elnara Əliyeva universitetin Təsərrüfatın idarə olunması departamentinin Təsərrüfat şöbəsinin Abadlıq və təmizlik işləri sektorunda xadimə vəzifəsində çalışıb. Dominos pizza


O, 1962-ci ildə Bakı şəhərində anadan olub və 2010-cu ildən BDU-da işləyib.


BDU rəhbərliyi və kollektivi Elnara Əliyevanın vəfatından kədərləndiyini bildirərək ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.


Allah rəhmət eləsin!


Aytac Əliyeva



Telegram kanalımız