Bakının bir sıra əsas yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.


Bu barədə "Yeni Sabah"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.


Hazırda sıxlıq olan yollar aşağıdakılardır: Dördpendirli pizza


Bakı-Sumqayıt şosesi – "20 Yanvar" metro stansiyası istiqamətində;


Binəqədi şosesi – "Azadlıq prospekti" metro stansiyası istiqamətində;


Alı Mustafayev küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;


Ziya Bünyadov prospekti – Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;


Ziya Bünyadov prospekti – Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;


Ziya Bünyadov prospekti – Bakı Olimpiya Stadionunun qarşısından "20 Yanvar" metro stansiyası istiqamətində;


Ziya Bünyadov prospekti – Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;


Tbilisi prospekti – "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;


Bakıxanov küçəsi – İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;


Bakıxanov küçəsi – Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən "Statistika" dairəsi istiqamətində;


Heydər Əliyev prospekti – əsas yol, mərkəz istiqamətində;


Heydər Əliyev prospekti – köməkçi yol, mərkəz istiqamətində;


1-ci Göl kənarı yolu – Ziya Bünyadov prospekti istiqamətində;


Mikayıl Müşfiq küçəsi – "Badamdar" dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində.


Aytac Əliyeva



Telegram kanalımız