Masazır qəsəbəsindəki restoranlardan birində gecə saatlarında yüksək səslə musiqi səsləndirilməsi sakinlərin narazılığına səbəb olub.


"Yeni Sabah" Baku TV-yə istinadla xəbər verir ki, səsin ətrafdakı yaşayış evlərinə yayıldığı və insanların istirahətinə mane olduğu bildirilib. 


Şikayətçi vətəndaşlar qeyd ediblər ki, bəzi hallarda musiqi və meyxana gecə saat 2-yə qədər davam edir. Pepperoni pizza


Çəkiliş zamanı məkanda olan meyxanaçı Namiq Məna saat 23:00-dan sonra musiqi səsinin azaldıldığını desə də, məkandakı yüksək səs ətrafda aydın eşidilib. O, iradların nəzərə alınacağını bildirib:


“İndi səs keçirməyən pəncərələr var. Həmin pəncərələri ala bilməyənlərdən üzr istəyirik. Qanuna hamımız riayət etməliyik. Şikayətləri nəzərə alarıq”.



Telegram kanalımız